“Neftçi”də ciddi itki

11.03.2024 21:50 182
Ölkə futbolu
"Neftçi"nin futbolçusu Alfa Konte martın 23-də Bakıda "Spartak"a (Moskva) qarşı keçiriləcək yoldaşlıq oyununu buraxacaq.

"Football-plus.az" xəbər verir ki, buna 23 yaşlı futbolçunun Syerra Leone millisinə çağırılması səbəb olub.

Syerra Leone yığması martın 22-də Sudan, 25-də isə Botsvana ilə yoldaşlıq görüşləri keçirəcək.

Qeyd edək ki, Alfa Konte bu ilin qışında "Neftçi"yə transfer olunub.