Hadisələrin axarı göstərir ki, yerli azarkeşlər tribunalarda boş yer qoymaq istəmir. Bəs qonaq tərəfdarlarla bağlı durum nə yerdə olacaq? “Qarabağ” azarkeşləri üçün nə qədər bilet ayrılıb?
Bu suallarla “Kəpəz”in Media və Marketinq departamentinin direktoru Aqşin Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Əsasnaməyə görə, premyer-liqa matçlarında qonaq komanda üçün stadion tutumunun 20 faizi ayrılır. Həmin biletlər oyunun başlamasına 48 saat qalmışa qədər rəqib klubun ixtiyarında olur. O vaxta kimi satılmayan biletləri isə meydan sahibləri öz azarkeşlərinə sata bilər. Biz “Qarabağ” üçün biletlər ayırmışıq. Qalan məsələlərə vurğuladığım vaxtda aydınlıq gələcək”.
Qeyd edək ki, Gəncə şəhər stadionunu 15363 tamaşaçı tutumuna malikdi. Bunun 20 faizi isə 3073 nəfər deməkdi. Görək, “Qarabağ” üçün tribunalara neçə azarkeş təşrif buyuracaq?
KƏNAN BAHADIR





