“Konte fərdi şəkildə məşq edir” – nə əsas heyətdədi, nə də əvəzedici...

18.04.2025 20:11 47
Aktual / Ölkə futbolu
Sonuncu dəfə martın 16-da keçirilən “Səbail”lə oyunda 5 dəqiqə meydanda olan Alfa Konte həmin gündən bəri görünmür. O, nə “Neftçi”nin əsas komandasında görünür, nə də əvəzedici heyətində.

Bəs Syerra-Leonedən olan 24 yaşlı yarımmüdafiəçi hardadı, niyə görünmür?

“Football-plus.az”ın bu sualına “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı cavab verdi. Asəf bəy Kontenin baş məşqçi Samir Abasovun qərarı ilə yalnız fərdi məşqlərlə kifayətləndiyini bildirdi.

MÜZƏFFƏR QULUZADƏ