Paytaxt təmsilçisi Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna daha əvvəl 50 minə yaxın biletin satıldığını açıqlamışdı. Görüşə yerli futbolsevərlərlə yanaşı, qonaq komandanın tərəfdarlarının da maraq göstərəcəyi gözlənilir. Bəs 69870 azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda “Barselona” azarkeşləri üçün neçə bilet ayrılıb?
“Football-plus.az” bu suala “Sabah”ın mətbuat katibi Elnur Həmidovdan cavab aldı:
“Hələ ki qarşı tərəf bizdən 620 yer istəyib. Oyun gününə qədər bu say dəyişə bilər”.
İSRAYIL XEYRULLAYEV





