''Qalatasaray'' ''Samsunspor''la oyunöncəsi sanki lənətlənib. İnamla turnir cədvəlinə başçılıq edən İstanbul nəhəngi az qala hər gün uğursuz bir xəbər alır.
Viktor Osimhen və Rafael Leaonun həmin oyunda iştirak etməyəcəyi dəqiqdi. İndi də qapıçı Uğurcan Çakır sıradan çıxıb. Təcrübəli əlcək sahibi Türkiyə yığmasının düşərgəsində çiynindən zədə alıb. Bu zədə üzündən Fransa ilə oyunu buraxmalı olan Çakırın böyük ehtimalla ''Samsunspor'' ilə matçı da buraxacağı bildirilir. Düzdü, onun durumu ''sarı-qırmızılar''ın tibbi personalı tərəfindən günbəgün təqib ediləcək. İrəliləyiş olsa, Uğurcan ağrıkəsicilərlə oynaya bilər. Əks halda isə o matçda qapını Jankat Yılmaz qoruyacaq.
Yayda 2-ci qapıçı statusuna gətirilən 22 yaşlı bu əlcək sahibi cari mövsümdə artıq debüt etməyə macal tapıb. Uğurcanın olmadığı matçda Jankat 3-cü turda ''Göztəpə'' ilə oyunda (3:2) qapını qorumuşdu.
Onu da bildirək ki, ''Rams Park''ın ot örtüyündə yenilənmə işləri davam etdiyindən ''Qalatasaray'' ''Samsunspor''u ''Fatih Terim''də qəbul edəcək.
''Qalatasaray'' meydana ciddi itkilərlə çıxacaq - Qapını kim qoruyacaq?
Dünya futbolu





