19 yaşadək futbolçulardan ibarət millimiz 2027-ci il Avropa çempionatının seçmə mərhələsinin 2-ci qrupunda sonuncu oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız Farer adalarının U-19 komandası ilə qarşılaşıb. Görüş bizimkilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.
Xatırladaq ki, komandamız bundan əvvəl Monteneqroya (2:7) və Serbiyaya (0:4) uduzub. Bütün oyunlar Serbiyanın paytaxtı Belqradda keçirilib.
Qrupda Serbiya və Monteneqro hərəyə 6 xalla ilk iki pillədə qərarlaşıb. Azərbaycan 3 xalla üçüncü, xalsız Farer adaları isə sonuncu yerdədi.
Yığmamız Farer adalarına qalib gəldi
Ölkə futbolu





