“Neftçi”də təcili iclas və istefa? - klub rəsmisi son durumu açıqladı

24.04.2025 19:53 232
Ölkə futbolu / Manşet
Dünən ölkə kubokunun yarımfinalında mübarizəni dayandırmaqla avrokubok sevdası ilə vidalaşan “Neftçi”də bu uğursuzluğa reaksiyanın necə olacağı maraq doğurur.

Aydın məsələdi ki, baş məşqçi Samir Abasovun istefa vermək niyyəti yoxdu. O, komandanı özünün formalaşdırmadığını, “Neftçi”yə ilk dövrədən sonra gəldiyini deyir.

Hər halda, uğursuzluqla bağlı klubdaxili iclas gözləməyə dəyərdi. Məhz buna görə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı ilə əlaqə saxladıq. O, nə iclasın keçildiyini, nə də bu gün üçün gözlənildiyini bildirdi.

MÜZƏFFƏR QULUZADƏ