Livakoviç: ''Barsa''da səbrlə əlimə düşəcək fürsəti gözləyirəm''

18.11.2026 00:00 54
Dünya futbolu
''Barselona''nın bu yay ''Fənərbaxça''dan transfer etdiyi və ikiillik müqavilə imzaladığı Dominik Livakoviç Xorvatiya yığmasının düşərgəsində açıqlamalar verib.

Təcrübəli əlcək sahibi indiyə qədər Kataloniya nəhəngində yalnız 1 oyuna çıxıb. Əsas qapıçı Joan Qarsiyanın zədəli olduğu dönəmdə Livakoviç ''Sevilya'' ilə oyunda şans qazanmışdı.

İspaniya mənbələrinin yazdığına inansaq, 31 yaşlı qapıçının bu ay ''Barsa''nın heyətində oynaması gözlənilmir. Zədə və ya başqa bir qeyri-adi olay yaşanmasa, Livakoviç ən yaxşı halda 15-16 dekabrda baş tutacaq İspaniya kuboku çərçivəsindəki matçda forma geyəcək.

''Barsa''da oyun praktikasının azlığından əziyyət çəkməsinə baxmayaraq Xorvatiya yığmasında hələ də əsas qapıçı statusunda olan Livakoviç bunları deyib:

''Mən əslən zadarlıyam, ''Barselona''da oynayıram və bununla qürur duyuram. Bu cür böyük klubda oynamaq fürsəti yaxalamışam. Özümü yaxşı hiss edirəm, məşqlərdə səylə çalışıram və öz şansımı gözləyirəm. ''Barselona''da hətta məşqlər də çox ağır keçir. Çünki burda dünyanın ən yaxşı futbolçuları toplaşıb. Əlbəttə ki, hər oyunda meydana çıxmaq istərdim. Amma səbrlə əlimə düşəcək fürsəti gözləyirəm''.