60 min avro ziyana düşdü

17.11.2026 18:51 0
Dünya futbolu
Lassana Kulibali ziyana düşüb.

“Leççe”nin yarımmüdafiəçisinin villasından oğurluq edilib. Bu barədə “Sportmediaset”in məlumatına görə, hadisə zamanı ümumi dəyəri 60 min avro olan dörd bahalı saat aparılıb.

Oğurluq noyabrın 10-da futbolçu və ailəsinin evdə olmadığı vaxt baş verib. Oğrular giriş qapısını sındıraraq villaya daxil olub və yataq otağındakı şkafdan saatları götürüblər. Digər əşyaların da oğurlanıb-oğurlanmadığı hələlik məlum deyil.

Hadisə ilə bağlı istintaq davam edir.