“Neftçi” baş məqşçisi Roman Qriqorçukla yolları ayırdı.
“Football-plus.az” xəbər verir ki, “Ukrainskiy Futbol” nəşri mütəxəssisin istefasıyla bağlı detalları açıqlayıb.
Yerli mətbuatın məlumatına görə, Qriqorçuk qərarını nəticələrlə yanaşı, “Kəpəz”lə matçdan sonra (3:4) azarkeşlərin onu təhqir etməsiylə əsaslandırıb. Məşqçi tərəfdarlarda belə təəssürat yaratdığı üçün məyus olduğunu və “Neftçi”dən təzminat tələb etmədiyini bildirib.
Qeyd edək ki, “ağ-qaralar” Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxdığı 9 matçda qələbəyə həsrət qalıb. Komanda hazırda 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
KƏNAN BAHADIR