“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.
Klub təcrübəli mütəxəssisə əməkdaşlığa görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Əlavə edək ki, Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.