• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Juninyoyla bağlı ciddi problemin səbəbi nədi? - Qurban Qurbanov ilk dəfə açıqladı

Premyer-liqa / Manşet

1-09-2024, 23:0

"Qarabağ" Misli premyer-liqasının 5-ci turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.

“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Fürsətdən istifadə edib "Zirə"nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu, Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar, yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq təşəkkür edirəm hər birinə. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Aktiv oyun izlədik. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız çox idi. "Zirə" bizdən bir gün az istirahət etdi. Daha dinamik, daha sürətli oyun olardı. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə də təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçumuz istirahət edəcək, bəziləri milliyə yollanacaq. Uğurlar arzulayıram”.


- Avropa Liqasındakı rəqiblər barədə fikriniz necədi? Yeni format ürəyinizcədi?

- Tam dəyərləndirməmişəm. Maraqlı formatdı. Pley-offsuz minimum 8 oyun keçirəcəyik. Sonra necə olacaq, onu zaman göstərəcək. Maraqlıdı. 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün isə daha çətin olacaq. Rəqibləri oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidi. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalarla qarşılaşacağıq. Sanki orada oynamağa layiqdirlər. Turnir ilk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək.

- "Qarabağ"a UEFA-dan 8,6 milyon avro pul daxil olub. Onu necə xərcləyəcəksiz?

- Pul elə qüvvədi ki, gəlir və həmən gedir. Futbol fəaliyyətinə baxsaq, böyük köməkdi. Amma bu klubun bütün problemlərini həll edir demək deyil. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdi. Çarter reysi var, oteli var, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdi. Amma ondan daha çox xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Pul "Qarabağ"dan başqa heç yerə getməyəcək. Heç bir narahatlığa səbə yoxdu.

- Juninyo sanki son matçlarda laqeyd görünür. Niyə belədi?

- Ola bilər. Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdı. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Futbolçu nə qədər uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki hazırlıq üzrə məşqçilərin. Digər tərəfdən, bəzən hansısa hədəfə çata bilməyəndə, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi. ÇL-in qrupuna düşmək istəyirdi. Ola bilər ki, bu təsir etdi. Juninyonun potensialı var. Onu daha da yaxşı futbolçu etmək potensialı var. Qarşıda daha yaxşı Juninyo görəcəyik və görməliyik də.

- Avropa Liqasının komandalarından hansı ilə səfərdə, hansı ilə evdə qarşılaşmaq istəyərdiz? "Totenhem" və ya "Olimpiakos"la görüşlər...

- Bəlkə, saniyə olaraq beynimə gəlib-gedir ki, evdə oynasaq daha yaxşı olardı. Özüm üçün yox, azarkeşlər üçün. Ulduz futbolçuları canlı görərdilər. Belə oyunlarda təcrübə toplamaq, böyük futbolu hiss etmək faydalıdı. Bu haqda çox da düşünmürəm. Belə olubsa, demək, belə də olmalı idi.

- Emmanuel Addai haqda hansı fikirdəsiz?

- Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. Addainin ilk oyunu idi. Son 3 ayda ilk oyununa çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə iştirak etmişdi. Bir matçda da 60 dəqiqə oynamışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım.

- Avropa Liqasında rəqibiniz olan "Tottenhem"i canlı izləmək üçün İngiltərəyə gedəcəksiz?

- Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadı. Oyun sistemini anlayırsan, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdü. "Tottenhem" güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdi. Hər rəqibin oyununa baxmaq fikrindəyəm.

- Vaxtilə, "Qarabağ" "Tottenhem"ə qarşı oynayıb. Həmin "Qarabağ"la indiki arasında hansı fərqlər var?

- Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadı. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Ələlxüsus da, ilk 7-8 komanda. "Totenhem"i, "Mançester Yunayted"i, "Arsenal"ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon avro büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdu. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadı. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Əgər irəli getmək istəyiriksə, onlar da yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada. Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

30-08-2024, 22:0

“Komanda qol vurandan sonra müdafiəyə oturur” - Rasim Ramaldanov

Premyer-liqa / Manşet

16-03-2024, 19:0

"Rəqib 10 nəfərlə qalsa, tam başqa oyun olacaqdı" - Adil Şükürov

Manşet / Avropa Liqası

10-08-2023, 23:0

“İstifadə edə bilmədiyimiz fürsətlər çox oldu”

Manşet / Konfrans Liqası

2-08-2024, 01:0

“Avrokuboklarda bir əksik özünü çox hiss etdirir” - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

18-05-2024, 19:0

Adil Şükürov: “Bəzi hakimlər kimi hər epizodda fit çalmır”

Aktual
“Futzalçılara yaxşı məbləğdə mükafat vəd edilib” – “Araz-Naxçıvan”ın ÇL macərası uğurla başlayacaqmı?
Abubakar da gəldi, azarkeşlər gəlmədi...
Het-trikdən sonra Ülviyə şans verilmədi – Karpin, nə etmək istəyirsən?
Tovuz “Turan”ı qarşılamağa hazırdı!
“Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!
PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı – sponsorun 2-ci təsnifat mərhələsiylə bağlı planı var?
Son xəbərlər
  • Bu gün, 17:25
    “Futzalçılara yaxşı məbləğdə mükafat vəd edilib” – “Araz-Naxçıvan”ın ÇL macərası uğurla başlayacaqmı?
  • Bu gün, 16:58
    9 komanda növbəti mərhələdə - YENİLƏNİR
  • Bu gün, 16:50
    “Qarabağ” – “Çelsi” oyunu üçün biletlər tükənmək üzrədi... – indi ən ucuzu 50 manatdı!
  • Bu gün, 16:18
    AFFA rəsmisinə UEFA-dan təyinat verildi
  • Bu gün, 16:03
    Azərbaycan AÇ-də 47 şahmatçı ilə təmsil olunacaq
  • Bu gün, 15:42
    ''Yuventus'' iki məşqçiyə 27 milyon avro təzminat ödəyəcək
  • Bu gün, 15:11
    Mahir Emreli 1-ci bundesliqa klubu ilə anlaşıb! – axı niyə...
  • Bu gün, 14:59
    Klubu ilə müqaviləsini yenilədi
  • Bu gün, 14:27
    Abubakar da gəldi, azarkeşlər gəlmədi...
  • Bu gün, 14:06
    Sabiq milli futbolçu dünyasını dəyişdi
  • Bu gün, 12:58
    “Sabah” növbəti oyununa çıxacaq - FIBA Çempionlar Liqası
  • Bu gün, 12:27
    Yenidən sıradan çıxdı
  • Bu gün, 11:56
    Gözlənilən istefa rəsmiləşdi
  • Bu gün, 11:25
    Cəlal qol vurdu, komandası mərhələ adladı - Bolqarıstan kuboku
  • Bu gün, 11:09
    Türkiyədə oyunlara pul qoyuluşu edən FİFA hakiminin adı bəlli oldu
  • Bu gün, 10:48
    "Araz-Naxçıvan" Rumıniya klubunu məyus edə biləcəkmi? - ÇL
  • Bu gün, 10:38
    Ceko KL-in tarixinə düşdü! - İCMAL
  • Bu gün, 10:12
    “Abşeron Lions” “Neftçi” ilə üz-üzə - FIBA Avropa Kuboku
  • Bu gün, 09:51
    Het-trikdən sonra Ülviyə şans verilmədi – Karpin, nə etmək istəyirsən?
  • Dünən, 23:59
    Tovuz “Turan”ı qarşılamağa hazırdı!
  • Dünən, 23:28
    “Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!
  • Dünən, 22:56
    PFL “Bizon”la anlaşma haqda yeni detalları açıqladı – sponsorun 2-ci təsnifat mərhələsiylə bağlı planı var?
  • Dünən, 22:25
    "Bu, əsl kubok oyunu idi" - Jorj Kaşkilya
  • Dünən, 21:55
    "Qarabağ" PFL-ə müraciət etdi - səbəb
  • Dünən, 21:24
    "Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
  • Dünən, 20:53
    "Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
  • Dünən, 20:22
    Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
  • Dünən, 19:58
    Məmməd Hüseynov “Kəpəz”i “dəfn etdi” - REPORTAJ
  • Dünən, 19:27
    “Turan Tovuz” yenidən zirvəni ələ keçirdi - REPORTAJ
  • Dünən, 18:28
    UEFA-dan Asim Xudiyevə növbəti təyinat
  • Dünən, 17:58
    Baxşıyevlə Dambrauskasın gözü yolda qalmayacaq - AFFA-dan De Blekere ilə bağlı açıqlama
  • Dünən, 17:27
    "Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik" - Azər Bağırov
  • Dünən, 16:56
    Şok: ''İnter''in qapıçısı 81 yaşlı kişinin ölümünə səbəb oldu!
  • Dünən, 16:25
    Region Liqasında 2-ci tur necə keçdi?
  • Dünən, 15:54
    İspaniya klubu türkiyəli ulduzu geri qaytarmaq istəyir
Daha çox
Oxunub: 2 309
"Qarabağ" Rusiyada şou göstərən azərbaycanlını transfer edir - ulduzu Qurban Qurbanovla parlayacaq!
Oxunub: 227
“Marca” Qurban Qurbanovu Valverdeylə müqayisədə zəif gördü! – Kadiylə Zubir isə...
Oxunub: 148
Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!
Oxunub: 146
Payats “Qarabağ”ın haqqını yeyib? – Azərbaycanın sabiq FİFA referisi həqiqəti açıqladı
Oxunub: 129
Region Liqasının oyununa 4700 azarkeş gəldi! – yenə həmin "Xəzər Lənkəran", həmin rənglər...
Oxunub: 119
"Ən zəif çıxış edənlər Kadi ilə Bikalyo idi" - Aslan Kərimov "Atletik"ə məğlubiyyətin sirrini açdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə