Qazaxıstan yığmasının sabiq qapıçısı Andrey Morev vəfat edib.
Qazaxıstan Futbol Federasiyasının məlumatına görə, o, 52 yaşında dünyasını dəyişib.
Morev karyerası ərzində Rusiyada “Zarya”, “İrtış”, “Lokomotiv” (Çita), vətənində isə “Jenis”, “Akmola”, “Ekibastuzets”, “Tobol”, “Aktobe” və “Kızıljar” klublarında çıxış edib. Qolkiper Qazaxıstan yığmasında meydana çıxdığı 2 matçda qapısından 3 top buraxıb.
Sabiq milli futbolçu dünyasını dəyişdi
Dünya futbolu





