Cəlal Hüseynov formasını geydiyi "Arda"da növbəti qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Bolqarıstan kubokunun 1/16 final mərhələsində fərqlənib. O, "Fratria" ilə görüşün 42-ci dəqiqəsində hesabı açmaqla qələbənin əsasını qoyub (2:1).
"Arda"nın ikinci qolunun müəllifi "Neftçi"nin sabiq hücumçusu Andre Şinyaşiki olub.