Metti Keş klubundan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, 29 yaşlı futbolçunun “Aston Villa” ilə imzaladığı yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. Metti İngiltərə klubunda 2020-ci ildən çıxış edir. O, indiyədək komandada 200-ə yaxın oyun keçirib.
Polşa yığmasının oyunçusu bu mövsüm premyer-liqada meydana çıxdığı 9 oyunda 2 qol vurub.