AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, o, Gənclər Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində noyabrın 1-də keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Bolqarıstanın Razqrad şəhərində yerləşən “Eagles Nest Stadium”da keçiriləcək.