Azərbaycan AÇ-də 47 şahmatçı ilə təmsil olunacaq

29.10.2025 16:03 31
İdman
Azərbaycan Monteneqronun Budva şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında 47 şahmatçı ilə təmsil olunacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Şahmat Fedrasiyasının mətbuat xidməti məlumat yayıb. 9 turdan ibarət yarışda 8,10,12,14, 16, 18 yaşlı qız və oğlanlar arasında mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, yarışda Avropanın 48 ölkəsindən 1169 şahmatçı mübarizə aparacaq.