Çempionlar Liqasında hamını qabaqladı

18.03.2024 10:00 171
Dünya futbolu
Çempionlar Liqasında (ÇL) ötən həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Yan Oblak olub.

O, 1/8 finalın cavab oyunları çərçivəsində keçirilən son 4 matçın nəticəsinə əsasən müəyyən edilən namizədləri - David Raya (Arsenal), Pau Kubarsi (Barselona) və Ceydon Sançonu (Borussiya D) arxada qoyub. Həftənin ən yaxşı oyunçusu UEFA-nın saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib. Oblak “Atletiko”nun “İnter” ilə ev oyunundan (2:1) sonra zərurətə çevrilən penalti seriyasında iki zərbənin qarşısını almaqla komandasının 3:2 hesablı qələbəsində rol oynamışdı.

ÇL-də ötən həftənin ən baxımlı qolu da müəyyənləşib. Azarkeşlər “İnter”in müdafiəçisi Federiko Dimarkonun “Atletiko”ya vurduğu qola daha çox səs verib.