Çempionlar Liqasında (ÇL) bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Coui Veerman olub.
O, 1/8 finalın ilk oyunları çərçivəsində keçirilən son 4 matçın nəticəsinə əsasən müəyyən edilən namizədləri - Marko Arnautoviç (İnter), Qaleno (Portu) və Robert Levandovskini (Barselona) arxada qoyub. Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib. Veerman PSV-nin Dortmund “Borussiya”sı ilə ev oyununda (1:1) məhsuldar hərkətlərlə yadda qala bilməsə də, matçboyu xüsusi fəallığı ilə seçilmişdi.
ÇL-də bu həftənin ən baxımlı qolu da müəyyənləşib.
Azarkeşlər “Portu”nun yarımmüdafiəçisi Qalenonun “Arsenal”a vurduğu yeganə qola daha çox səs veriblər.