Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Patrik Şik olub. O, 1/8 finalın cavab oyunları çərçivəsində keçirilən matçların nəticəsinə əsasən müəyyən edilən namizədləri – Məhəmməd Salah (Liverpul), Rafael Leao (Milan) və Məhəmməd Kudusu (Vest Hem) arxada qoyub. Həftənin ən yaxşı oyunçusu UEFA-nın saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib.
Xatırladaq ki, Patrik “Bayer-04”ün “Qarabağ” ilə ev oyununda 3:2 hesablı qələbəsində iki qolla rol oynamışdı.