Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Benjamen Burijo olub.
O, pley-offun cavab oyunları çərçivəsində keçirilən 8 matçın nəticəsinə əsasən müəyyən edilən namizədləri - Roland Şolli (Frayburq), İndrit Tutsi (Sparta) və Mile Sviları (Roma) arxada qoyub.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib. Burijo “Renn”in “Milan” ilə ev oyununda 3 qol vurmaqla komandasının 3:2 hesablı qələbəsində rol oynamışdı.