Dubl etdi, hamını qabaqladı

24.02.2024 22:30 170
Dünya futbolu
Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi Fredrik Qulbrannsen olub. O, pley-offun cavab oyunları çərçivəsində keçirilən 8 matçın nəticəsinə əsasən müəyyən edilən namizədləri - Kemeron Puertas (Yunion), Ceremi Frik (Servett) və Mika Byereti (Şturm) arxada qoyub.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib. Qulbrannsen “Molde”nin “Legiya” ilə səfər oyununda 2 qol vurmaqla komandasının 3:0 hesablı qələbəsində rol oynamışdı.