Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Ayub Əl-Kaabi olub. O, 1/8 finalın cavab oyunları çərçivəsində keçirilən matçların nəticəsinə əsasən müəyyən edilən namizədləri – Andreas Skov Olsen (Brügge), Konstantinos Kulierakis (PAOK) və Martin Yedliçkanı (Viktoriya P) arxada qoyub. Həftənin ən yaxşı oyunçusu UEFA-nın saytında keçirilən səsvermə yolu ilə müəyyənləşib.
Xatırladaq ki, Əl-Kaabi “Olimpiakos”un “Makkabi” (Təl-Əviv) ilə səfər oyununda 6:1 hesablı qələbəsində iki qolla rol oynamışdı.