Vətəninə qayıtmağı götür-qoy edir

7.11.2026 10:00 0
Dünya futbolu
Alisson Bekker karyerasını ölkəsində davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki,“Liverpul”un qapıçısının “Flamenqo”ya keçmək şansı var.

Braziliya klubunun rəhbərliyi 34 yaşlı futbolçunun mümkün transferi ilə maraqlanır. Rio de Janeyro klubu futbolçunu 2026/27 mövsümünün sonunda azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Amma bu məsələdə klub rəhbərliyində fikir ayrılığı da var. “Sport Witness”in məlumatına görə, bəzi rəsmilər Alissonun yüksək maaşının maliyyə baxımdan çətinlik yaradacağını düşünürlər.

“Liverpul” isə hələlik təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib. Alissonun 2018-ci ildən çıxış etdiyi klubla hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq.