ÇL-də hamını arxada qoydu

10.03.2024 13:10 242
Çempionlar Liqası
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyanın qalibi Kilian Mbappe olub. PSJ-nin hücumçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri - Villi Orban (Leyptsiq), Harri Keyn (Bavariya) və Manuel Akancini (Mançester Siti) qabaqlayıb.

Xatırladaq ki, Mbappe turnirin 1/8 final mərhələsinin “Real Sosyedad”la cavab oyununda komandasının 2:1 hesablı qələbəsində dubl etməklə böyük rol oynamışdı.