KL-də həftənin ən yaxşı oyunçusu seçildi

10.03.2024 11:40 199
Konfrans Liqası
Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bu nominasiyanın qalibi Bruno Petkoviç olub. Zaqreb “Dinamo”sunun hücumçusu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədləri - Eran Zahavi (Makkabi T-Ə), Conatan Devid (Lill) və Yorrel Hatonu (Ayaks) qabaqlayıb.

Xatırladaq ki, Petkoviç turnirin 1/8 final mərhələsinin PAOK ilə ilk oyununda komandasının 2:0 hesablı qələbəsində dubl etməklə böyük rol oynamışdı.