Çempionlar Liqasının 1/8 final mərhələsinin son 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın saytının yaydığı xəbərə görə, bu nominasiyanın qalibi Vinisius Junior olub.
Football-plus.az xəbər verir ki, “Real”nı 22 yaşlı hücumçusu həftənin ən yaxşı oyunçusu adına digər namizədləri – Riyad Mahrez (Mançester Siti), Hakan Çalhanoğlu (İnter) və İrvinq Losanonu (Napoli) qabaqlayıb. Vinisius “Liverpul” ilə səfər oyununda komandasının 5:2 hesablı qələbəsində iki qol və bir məhsuldar ötürmə ilə rol oynamışdı.