Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Alvaro Morata olub.
“Atletiko”nın hücumçusu “Feyenoord”la oyunda komandasının 3:2 hesablı qələbəsində dubl etməklə rol oynayıb. O, həftənin ən yaxşı oyunçusu adına digər namizədləri – “Mançester Yunayted”in hücumçusu Rasmus Höylunn, “Braqa”nın vingeri Bruma və “Real”ın yarımmüdafiəçisi Cud Bellingemi qabaqlayıb.
Çempionlar Liqasında 2-ci turun ən baxımlı qolu da müəyyənləşib. Bu nominasiyanın qalibi Armindu Bruma olub. “Braqa”nın yarımmüdafiəçisinin “Union”a vurduğu qol UEFA-nın saytında keçirilən sorğuda daha çox səs toplayıb.