Çempionlar Liqası: namizədlər müəyyənləşdi

7.03.2024 14:50 189
Çempionlar Liqası
Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

UEFA-nın saytının yaydığı xəbərə görə, namizədlərin siyahısına Kilian Mbappe (PSJ), Villi Orban (Leyptsiq), Harri Keyn (Bavariya) və Manuel Akanci (Mançester Siti) layiq bilinib.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyən ediləcək. Qalibin adı cümə günü açıqlanacaq.