Elvin Yunuszadə təklif alıb, ancaq...

3.03.2024 16:21 277
Ölkə futbolu / Manşet
“İrəvan”ın sabiq futbolçusu Elvin Yunuszadənin Kosovonun “Fuşe Kosovo” klubu ilə razılıq əldə etdiyini, lakin viza məsələlərini həll edə bilmədiyi üçün Bakıya qayıtdığını xəbər vermişdik.

Görəsən, qayıdandan sonra Elvinə hansısa klubdan təklif gəlibmi? Hazırda nə işlə məşğuldu? Futbolçu ilə əlaqə saxladıq:
“Gələndən sonra artıq bir-iki klubdan təklif gəlib. Formamı saxlamaq üçün ən azı yaya qədər oynamalıyam. Qısa zaman ərzində həmin klublar arasında seçim edəcəm”.


GÜNAY SÜLEYMANOVA