İlham Əliyev Qarabağdadı – Xankəndi şəhər stadionunun açılışını edəcəkmi?

7.11.2026 09:39 0
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazırda Qarabağ bölgəsində səfərdədilər. Dövlət başçısı artıq Cəbrayıl və Zəngilanda olub, bir sıra obyektlərin açılışında iştirak edib.

Xatırlayırsızsa, 1-ci liqada çıxış edən “Xankəndi”nin Xankəndi şəhər stadionuna nə vaxt köçəcəyi haqda sorğumuzu cavablayan mətbuat xidmətinin rəhbəri Günel Abbas idman qurğusunun açılış mərasimin ölkə başçısının iştirakı ilə baş tutacağını bildirmişdi. Maraqlıdı, İlham Əliyev bu səfər çərçivəsində Xankəndi stadionun da açılışında iştirak edəcəkmi?

Bu sualla yenidən Günel xanıma müraciət etdik. Qarabağ təmsilçisinin rəsmisi “Football-plus.az”a açıqlamasında “bəli, ola bilər” dedi.

Xatırladaq ki, sözügedən idman qurğusunda daha bir 1-ci liqa iştirakçısı olan MOİK də ev oyunlarını keçirəcək.

KƏNAN BAHADIR