Kosovonun ölkəmizdə səfirliyi olmadığı üçün hazırda İstanbulda olan 31 yaşlı müdafiəçi ilə əlaqə saxlayaraq viza məsələsini həll edib-etmədiyini öyrəndik:
"Hələ ki həll edə bilməmişəm. Bir-iki gün ərzində həll olunmalıdı. Bizim ölkənin onlarla heç bir diplomatik münasibəti yoxdu deyə, işimizi heç cür asanlaşdırmırlar. Komandam Albaniyada təlim-məşq toplanışındadı. Əslində günü bu gün ora gedə bilərəm. Sadəcə, vizaya görə qalmışam. Getsəm, daha sonra ordan Kosovoya keçə bilməyəcəm. Çünki bu ayın 15-dən Kosova Şengen sazişinə qoşulub deyə, giriş-çıxış çətinləşib".
GÜNAY SÜLEYMANOVA



