Kosovonun ölkəmizdə səfirliyi olmadığı üçün hazırda İstanbulda olan 31 yaşlı müdafiəçi ilə əlaqə saxlayaraq “Fuşe Kosovo”nun artıq onu öz oyunçusu kimi qeydiyyatdan keçirib-keçirmədiyini öyrəndik:
“Hələ ki klubu gözlədirəm. Çünki “Fuşe Kosovo” məni oyunçu kimi qeydiyyata salsa, amma səfirlik viza verməsə, başqa yerə gedə bilməyəcəm. Klub mənə müqaviləni göndərib. Sadəcə, vizaya görə hələlik gözləmə mövqeyindəyəm”.
GÜNAY SÜLEYMANOVA



