40 yaşında marafona qatıldı

7.11.2026 10:31 0
Dünya futbolu
Yayda futbolçu karyerasını başa vuran Ceyms Milner diqqəti özünə cəlb edib. Amma buna yaşıl meydanda nail olmayıb.

"Football-plus.az" xəbər verir ki, o, Nyu York marafonunda iştirak edib. 40 yaşlı sabiq yarımmüdafiəçi 42,195 km məsafəni 3 saat 9 dəqiqə 4 saniyəyə qət edib.

Qeyd edək ki, İngiltərə yığmasının sabiq futbolçusu karyerası ərzində “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul”, “Brayton” və “Suindon”da çıxış edib.

İngiltərə premyer-liqasında 658 oyun keçirən Ceyms bu baxımdan turnirin rekordçusudu. O, üç klubun heyətində ümumilikdə 13 titul qazanıb. Bunlardan birini “Nyukasl”, beşini MS, yeddisini isə “Liverpul”la əldə edilib. Onun İngiltərə yığması ilə 61 oyuna çıxdığını da xatırladaq.