31 yaşlı müdafiəçi vətənə qayıdandan sonra klublardan təklif alıbmı? Görəsən, bir aydan çoxdu viza məsələsinə görə İstanbulda qalan Elvinin xərclərini kim qarşılayıb? Bu suallara Yunuszadəyə müraciət etdik:
"Türkiyədə komanda ilə qalırdım. Bütün xərclərimi, biletin pulunu klub ödədi. Mənə rəsmi təklifi türk icraçı direktoru göndərmişdi. Artıq iki gündü Bakıdayam. Hələ ki burda hansısa klubla konkret danışığım olmayıb".
GÜNAY SÜLEYMANOVA





