• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terimin Yunanıstanda işləri necə gedir?

Dünya futbolu

24-01-2024, 12:0

Fatih Terimin çalışdırdığı “Panatinaikos”un nəticələrini və transferlərini gündəmdə saxlamaqda davam edirik.

Türkiyə futbolunun əfsanəsinin Yunanıstanda hələ ki işləri pis getmir. Ötən həftəiçi ölkə kubokunun 1/8 finalında səfərdə penalti seriyasında qalib gəlməklə əzəli rəqib “Olimpiakos”u mübarizədən kənarlaşdıran Afina təmsilçisi bazar günü çempionat çərçivəsində növbəti qələbəsini qazandı. “Pana” 19-cu turda öz meydanında “Asteras”ı ikinci hissədə vurduğu 2 cavabsız qolla məğlub etdi. 50-ci dəqiqədə ispaniyalı Aytor Fernandes, 74-cü dəqiqədə xorvatiyalı Tin Yedvay fərqləndi. “Panatinaikos”un hələ də Terimin başçılığı altında uduzmadığını vurğulayaq. Komanda bu müddətdə keçirdiyi 6 rəsmi oyundan 3 qələbə, 3 heç-heçə ilə ayrılıb.

Bir qədər transferlərdən də danışaq. “Panatinaikos”un “Fənərbaxça”dan Samet Akaydını heyətinə qatdığını xəbər vermişdik. Yunanıstan nəhəngi indi də “Trabzonspor”un sabiq və hazırkı futbolçularıyla heyətini gücləndirib. Söhbət Viktor Uqo ilə Anastasios Bakasetasdan gedir. Yunanıstan yığmasının kapitanı olan Bakasetasın keçidinin həll olunduğunu və onunla 2,5 illik anlaşma əldə olunduğunu ötən həftəiçi xəbər vermişdik. Təcrübəli futbolçu, gözlənildiyi kimi, “Qalatasaray”la matçın (1:5) ardından vidalaşaraq Afinaya yollanıb. 30 yaşlı yarımmüdafiəçi bunları deyib: “Trabzonspor”un heyətində son oyunumu keçirdim. Əslində daha yaxşı şəkildə vidalaşmaq istərdim. Evdə prinsipial rəqibə qarşı görüşdə belə hesabla uduzub vidalaşmaq istəməzdim. Amma həyatda bəzən belə şeylər olur. Türkiyədəki hər kəsə təşəkkür edirəm. Burda özümə qarşı yalnız sevgi və hörmət gördüm”. Türkiyədə daha öncə “Alanyaspor”un formasını geymiş Bakasetas “Trabzonspor”da biri çempionluq olmaqla 2 titul qazandı və 122 rəsmi oyunda 33 qol, 24 məhsuldar ötürməlik performans sərgilədi. Viktor Uqoya gəlincə, o, qaradənizlilərin heyətində 3 il (2020-23) forma geyib. Komandanın 2021/22-dəki çempionluğunda braziliyalı müdafiəçinin də rolu olmuşdu. Uqo ötən ilin aprelində rəhbərliklə qarşılıqlı şəkildə anlaşaraq Trabzondan ayrılmışdı. Vətəninə yollanan 32 yaşlı futbolçu “Bayya” ilə 2026-ya qədər müqavilə imzalamışdı. Onun “Panatinaikos”la müqaviləsinin detalları hələ bəlli deyil. Bununla da “Panatinaikos”un Terimin dönəmində transfer etdiyi futbolçuların sayı 5-ə çatdı. Komanda Uqo, Bakasetas və Samet Akaydından əlavə Dimitrios Limniosla Bartolemey Draqovskini də heyətinə cəlb edib. Yunanıstan mətbuatının yazdığına inansaq, “Panatinaikos” bazar günü serbiyalı mərkəz müdafiəçisi Nemanya Maksimoviçin də transferini tamamlayıb. 2018-dən bəri “Xetafe”nin şərəfini qoruyan 28 yaşlı futbolçu “yaşıllar”la üçillik anlaşma əldə edib. Amma bu müqavilə mövsümün sonunda, daha dəqiq desək, iyulun 1-də qüvvəyə minəcək.

“Panatinaikos” hər nə qədər yaxşı nəticələr əldə etsə də, “İmperator” üçün üzücü və düşündürücü xəbərlər gəlməkdədi. Belə ki, komanda bir-birinin ardınca əsas futbolçularını itirir. Yanvarın 14-də AEK ilə səfər oyununda (2:2) afinalıların əsas qol silahı Fotis İonnadis sıradan çıxmışdı. 24 yaşlı forvard bu mövsüm artıq 16 qol vurub və komandasının ən məhsuldar oyunçusu statusundadı. Bu azmış kimi, “Asteras”la son matçın 61-ci dəqiqəsində “Pana”nın ən məhsuldar ikinci oyunçusu olan Andraz Şporar da zədələnərək əvəzləndi! Sloveniya yığmasının da aparıcı futbolçularından olan Şporar bu mövsüm 10 qol vurub. Düzdü, İonnadislə Şporarın hansı müddətə sıradan çıxması barədə dəqiq məlumat yoxdu. Amma Yunanıstan mətbuatının yazdığına görə, hazırda Terimin əlinin altında cəmi bir mərkəz hücumçusu – Aleksander Yeremeyeff qalıb. 30 yaşlı isveçlı forvard bu mövsüm cəmi 5 oyuna çıxıb və 4 qol vurub. Terimin rəhbərlikdən hücumun da gücləndirilməsini tələb edəcəyi istisna olunmur. “Panatinaikos” 19 turdan sonra 44 xalla PAOK ilə birlikdə 1-2-ci yerləri bölüşür. PAOK daha yaxşı top fərqinə malik olduğu üçün liderdi. Terimin komandasını çempionatda növbəti tur səfərdə məhz elə PAOK-a, 21-ci turda isə evdə “Olimpiakos”a qarşı çox vacib oyunlar gözləyir. Bundan başqa, “yaşıllar” yanvarın 24-ü və 31-də kubokun 1/4 finalında “Atromitos”a qarşı iki oyun keçirəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-01-2024, 10:0

Terimin komandası məğlubiyyətsiz yoluna davam edir

Dünya futbolu

13-01-2024, 12:0

''Terimin gəlişindən sonra ''Olimpiakos'' fanatlarının sayı artıb''

Dünya futbolu

4-01-2024, 19:0

Terimin Yunanıstan macərası qələbə ilə başladı

Dünya futbolu

16-01-2024, 19:0

''Fənərbaxça''nın üzvü Terimin komandasına keçdi

Dünya futbolu

28-12-2023, 16:0

Terim Yunanıstanda ilk transferini Türkiyədən edəcək?

Dünya futbolu

2-01-2024, 12:0

Terimin Yunanıstan sərgüzəştləri ilə bağlı yeni faktlar

Aktual
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
Son xəbərlər
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə