Araz-Naxçıvan – Qəbələ 1:2 (1:1)
99. Tərlan Əhmədli – 4,5
12. Bruno Franko – 4,5
(14. Ülvi İsgəndərov, 60) – 5,0
27. Boyan Letiç – 4,5
5. Luka Dumançiç – 4,5
2. Abdulla Rzayev – 4,5
23. Alberto Fernandes – 4,5
8. Mustafa Əhmədzadə - 4,5
(29. Ceyhun Nuriyev, 74) – 4,5
36. Mamadu Kane – 5,0
6. Patrik Andrade (k) – 5,0
11. Mohamed Mara – 5,5
10. Şarl Boli – 5,0
(26. Ömər Buludov, 69)
Ehtiyat oyunçular
1. Artur Auqusto
22. Rəşad Həsənov
7. Rövlan Muradov
13. Qabil Əlizadə
19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
Komandanın ən yaxşısı: Mohamed Mara
1. Səlahət Ağayev (k) – 5,0
12. Kouya Mabea – 5,0
16. İsaak Amoah – 5,5
3. Edson Eduardo – 5,0
27. Eşqin Əhmədov – 5,0
4. Elvin Camalov – 5,5
6. Xayme Syerra – 5,0
10. Şahin Şahniyarov – 5,5
(5. Natan Monzanqo, 78) – qiymətsiz
8. Endri Çekici – 5,0
(80. Meşak Uboçioma, 46) – 5,5
24. İsmael Akinade – 6,0
(9. Karim Rossi, 72) – 5,0
23. Rafael Utziq – 5,0
(7. Bruno Silva, 90+3) – qiymətsiz
Ehtiyat oyunçular
94. Həbib Hüşənov
13. Nicat Əliyev
74. Süleyman Damadayev
66. Nuğay Rəşidov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
21. Ziya Şəkərxanov
Baş məşqçi: Yeton Bekiri
Komandanın ən yaxşısı: İsmael Akinade
Qollar: İ.Akinade, 6 (0:1, E.Çekici). M.Mara, 36 (1:1, Ş.Boli). İ.Amoah, 48 (1:2, K.Mabea).
Vərəqələr: E.Eduardo, 35 (qeyri-idman hərəkəti). M.Mara, 47 (qeyri-idman hərəkəti). X.Syerra, 87 (qeyri-idman hərəkəti). M.Kane, 90+2 (qeyri-idman hərəkəti). A.Rzayev, 90+2 (qeyri-idman hərəkəti). E.Camalov, 90+4 (qeyri-idman hərəkəti). M.Uboçioma, 90+4 (qeyri-idman hərəkəti). A.Fernandes, 90+5 (qeyri-idman hərəkəti) – sari.
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Tərlan Talıbzadə (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
23 oktyabr. Şamaxı. Şəhər stadionu. 300 tamaşaçı (2200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Legioner, özü də qələbəyə həsrət baş məşqçilərin dueli... Autsayder bölgə təmsilçilərinin dueli... Oyunun afişası “qışqırmasa” da, hər komandanın özünə görə hesabı, xal ümidi var idi. “Araz-Naxçıvan” cəzalı Salyanski ilə zədəli Paronun xidmətindən məhrum idisə, “Qəbələ” bu mənada daha yaxşı durumdaydı.
Oyun başlayan kimi “Araz-Naxçıvan” erkən qol niyyəti ilə irəli atıldı. Amma hesabı qonaqlar açdı. Eşqin Əhmədov topu cərimə meydançasına göndərdi, Çekici isə onu daha əlverişli mövqedə olan Akinade üçün saxladı. Hər nə qədər komanda yoldaşları Tərlanın baxış bucağını daraltsa da, qapıçı nigeriyalı hücumçunun zərbəsinə reaksiya verə bilərdi. Qolun şokundan tez ayılan naxçıvanlılar 14-cü dəqidədə Səlahətin qapısı önündə ilk təhlükəli vəziyyəti yaratdı. Bundan 4 dəqiqə sonra isə Abdulla Rzayev hesabı bərabərləşdirə bilərdi. Ümumiyyətlə, ilk yarının qoldan sonrakı dəqiqələri “Araz-Naxçıvan”ın üstünlüyü şəraitində keçdi. 30-cu dəqiqə Mara sol cinahdan cərimə meydançasına daxil oldu, ötürmə verdu, amma Boli topa çata bilmədi. Hədsiz aşağı tempdə keçən oyunda bərabərlik qolu 36-cı dəqiqədə vuruldu. Bu dəfə Boli sağ cinahdan cərimə meydançasına daxil oldu, müdafiəçiləri çaş-baş salıb, qapı önünə ötürmə verdi. Mara qarışıqlıqda hamıdan cəld tərpəndi.
Çekici ilk qolun vurulmasında böyük rol oynasa da, Bekiri fasilədən sonra məhz albaniyalı yarımmüdafiəçini əvəzlədi. Uboçiomanın meydana çıxması, doğrudan da, “Qəbələ”nin oyununa hərəkətlilik gətirdi. Və 2-ci hissə də erkən qolla başladı. Qonaqlar sağ cinahdan cərimə zərbəsi yerinə yetirdi. Mabea topu qapı önünə göndərdi. Rzayev, Dumançiç və Əhmədzadə nədənsə “yuxuya getdi”, havaya qalxan Amoah başla dəqiq zərbə vurdu. Bundan sonra qarşılıqlı hücumlar şəraitində keçən oyun izlədik. 52-ci dəqiqədə Andrade təkbətəki boşa verdi. Düzdü, həmin epizodda ofsayd da var idi. Oyunun axarından narazı qalan Maksimov 60-cl dəqiqədə Frankonu Ülvi İsgəndərovla əvəzlədi. 62-ci dəqiqədə az qala Şahin Şahniyarov fərqi artıracaqdı. Bundan iki dəqiqə sonra maraqlı hadisə baş verdi. Cərimə meydançasının küncündə topu qəbul edən Mara qapıçı meydançasına ötürmə verdi. Ülvi Səlahəti qabaqlayıb, topu qapıdan keçirsə də, VAR monitoruna baxan Əkbər Əhmədov əllə oyuna işarə edərək qolu saymadı. Hərçənd bu qərar yetərincə mübahisəli idi. Ona görə ki, Mara topu qəbul edərkən əllə oynamamışdı. Yox, hakim Ülvinin əllə oynadığını düşünürsə, bundan da şübhələnməyə dəyər. Qolun sayılmaması nominal meydan sahiblərini ruhdan saldı. 70-ci dəqiqədə Eşqinin zərbəsindən sonra qapı dirəyi onların köməyinə çatdı. “Araz-Naxçıvan” uzaqbaşı Patrik Andradenin 88-ci dəqiqədəki təhlükəli cərimə zərbəsinin qola çevrilməməsinə görə üzülə bilər. Top tirin üstündən keçdi.
Sonluq məzmunlu oyundan daha çox intizamsızlıqla yadda qaldı. Cari mövsümdə ilk dəfə premyer-liqada oyun idarə edən Əkbər Əhmədov uzatma dəqiqələrində hadisələrin axarının nəzarətdən çıxmaması üçün sağa-sola vərəqə payladı, qısa zaman kəsiyində 5 futbolçunu cəzalandırdı.
Hər halda, “Qəbələ” mövsümdə ikinci qələbəsini qazanmaqla autsayderlər qrupundan bir qədər uzaqlaşdı. “Araz-Naxçıvan” isə hələ də qələbəyə həsrətdi.
Gözdən qaçmadı
Protokolun “tamaşaçı sayı” xanasında azarkeş sayı 300 göstərilsə də, tribunalarda bundan iki dəfə az adam var idi.
ORXAN
“Qəbələ” özünə gəldi, “Araz-Naxçıvan” hələ də qələbəyə həsrətdi - REPORTAJ
Ölkə futbolu / Reportaj





