“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində bu gün ikinci matçını keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Naxçıvan təmsilçisi Bosniya və Hersoqovina “Buba Mara”sı ilə üz-üzə gələcək.
Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.30-da başlanacaq.
"Araz-Naxçıvan” yer aldığı beşinci qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib. Komanda qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Piast”a qarşı keçirəcək.
"Araz-Naxçıvan" ikinci matçda da qalib gələ biləcəkmi?
İdman





