• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terimin Yunanıstan sərgüzəştləri ilə bağlı yeni faktlar

Dünya futbolu

2-01-2024, 12:0

Türkiyə futbolunun ən titullu və nüfuzlu məşçisi Fatih Terimin “Panatinaikos”un başına keçməsi ilə bağlı müzakirələr davam edir.

“Football-plus.az” xəbər verir ki, tərəflər arasında imzalanmış ilyarımlıq müqavilə yalnız dünən rəsmən ictimaiyyətə açıqlandı. Türkiyə mətbuatında isə bu sürpriz təyinatla bağlı bir sıra maraqlı detallar üzə çıxıb.

“İmperator” Türkiyədən qaçıb?
Öncə “İmperator”un qazancına toxunaq. Ötən sayımızda onun illik təxminən 900 min avro qazanacağını qeyd etmişdik. Əslində isə ünlü mütəxəssisin müqavilə ilə illik maaşı 1,5 milyon avrodu. Sadəcə, Yunanıstanda 40 faizlik vergi tutulduğundan Terimə qalan pul 900 min avro olacaq. Bundan başqa, 70 yaşlı məşqçi müqaviləyə çempionluq (250 min avro), kubokda qələbə (100 min avro), avrokuboklarda yarımfinal (100 min avro) və final (200 min avro) bonusları qoydurub. Türkiyədə istər “Qalatasaray”da, istərsə də yığmada işlədiyi dönəmdə illik 2 milyon avrodan aşağı məbləğə imza atmayan Terimin bu yaşda Yunanıstana gedib yalnız 900 min avroya işləməyə razılıq verməsi fərqli söz-söhbətə səbəb olub. Bilindiyi kimi, artıq neçə aydı Türkiyədə böyük bir “piramida” qalmaqalı ilə bağlı məsələnin araşdırılması davam edir. Özünü bank işçisi kimi təqdim edən Seçil Erzan adlı xanım futbol dünyasının tanınmış simalarından milyonlarla avro alaraq onlara bu pulun artıqlamasıyla qaytarılacağına söz vermişdi. Amma hər bir “piramida” gec-tez çökdüyü kimi, bu iş də batdı. İşin ən maraqlı tərəfi odu ki, bu qalmaqalın başında duranlardan birinin Terim olduğu iddia edilir. Çünki Erzan tanınmış isimlərdən məhz Terimin adını verərək pul alırmış. Belə güman olunur ki, “piramida”nın ilk vaxtları Terimin sayəsində populyarlaşmağa başladı. Sonradan Terim qoyduğu pulları artıqlamasıyla götürərək bu işdən çəkildi. Erzan isə onun adından istifadə edərək Arda Turan başqa olmaqla bir çox isimləri “soymaqda” davam etdi. Təsadüfi deyil ki, artıq Terimin də bütün bank hesabları incələnməyə başlanıb. Və məhz belə məqamda bu məşqçi Türkiyədən ayrılmağa qərar verdi...

Fanatlar və mətbuat Terimin tərəfində deyil
Digər bir iddia Acun Ilıcalı ilə bağlıdı. Belə ki, “Panatinaikos”un sahibi Yannis Alafuzos bazar ertəsi Türkiyəyə gələrək birbaşa Ilıcalının evinə yollanıb. Qısa müddət sonra Fatih Terim də həmin evə gəlib və tərəflər tam gizli şəkildə ilk dəfə məhz orda anlaşıblar. Yunanıstan mətbuatı nəinki Terimin “Pana”nın başına keçməsi, hətta əvvəlki məşqçi serbiyalı İvan Yovanoviçin istefaya göndərilməsi xəbərini də Türkiyə mətbuatından öyrəndi. Çünki bazar ertəsinə qədər ortada heç nə yox idi. Ortaya sual çıxır ki, Yunanıstan nəhənginin sahibi Ilıcalını hardan tanıyır? Bu sualın da cavabı var. Bilindiyi kimi, ünlü şoumen Yunanıstanda da “Survivor” yarışmasını təşkil edir. Bu şou bu ölkədə “SKAİ TV” kanalında yayınlanır. Bu kanalın sahibi isə məhz Alafuzosdu. Yəni bu ikili bir-birini çoxdan tanıyır. Daha bir iddiaya görə isə Terimin Yunanıstana getməsində böyük rol oynayan Ilıcalı bu məşqçiyə rəqib ola bilər. Çünki pula pul deməyən türkiyəli şoumen Yunanıstan təmsilçisi “Volos”u satın almaq barədə ciddi düşünür!

Bu arada həm “Panatinaikos” fanatları arasında, həm də Yunanıstan mətbuatında bir çoxları hələ də Alafuzosun qərarını dəstəkləmir. Onların fikrincə, klubun sahibi əvvəlki məşqçi Yovanoviçə münasibətdə haqsızlıq edib. Elə serbiyalı mütəxəssis özü də istefaya göndərildiyini ən birinci klubdan yox, televiziya kanallarından öyrənib. Ötən mövsüm kluba gümüş medallar qazandırmış bir məşqçi belə sonluğa layiq idimi? Üstəlik cari mövsüm də “yaşıllar”in işi pis getmirdi. Hər halda, komanda hazırda liderdən 1 xal geridə olmaqla ikinci pillədə qərarlaşıb. Yunanıstan mətbuatının fikrincə, Alafuzos bu addımı atmaqla çox böyük riskə getmiş oldu. İndi komandanın hər xal itkisindəın sonra Terim ciddi təzyiq görəcək. Yerli fanatların “İmperator”u xoş qarşılamaması srağagün bir daha təsdiqini tapdı. Belə ki, Terim “Panatinaikos”un basketbol komandasının Avroliqa çərçivəsində “Srvena Zvezda”ya qarşı keçirdiyi oyunu izləmək üçü məşhur OAKA arenasına yollandı. Xatırladaq ki, “Panatinaikos”un basketbol komandasını da Türkiyə basketbolunun əfsanəsi Ərgin Ataman çalışdırır. Terim arenaya daxil olarkən fanatlar buna heç bir reaksiya vermədi. Bu azmış kimi, oyunun sonlarına yaxın fanatlar Yovanoviçin xeyrinə təzahürat səsləndirməyə başladılar! Hətta türkiyəli məşqçini fitə basanlar da tapıldı. Göründüyü kimi, Terimin Yunanıstan karyerası ilk gündən çox çətin keçməyə başlayıb.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-06-2023, 18:0

Vanda Nara ''Qalatasaray''dan dünyaları istədi

DÇ 2026

19-11-2022, 22:0

DÇ-2022-nin ən bahalı milliləri açıqlandı

Dünya futbolu

5-08-2022, 11:0

"Bavariya"da ən çox maaş alan futbolçuların siyahısı

Dünya futbolu

24-03-2022, 22:0

Ən varlı klublar hansılardı? - SİYAHI

Dünya futbolu

20-08-2023, 13:0

Merih Dəmiral Türkiyə futbolunun tarixinə düşdü

Dünya futbolu

10-04-2023, 19:0

Aparıcı liqalarda hakimlər nə qədər qazanırlar?

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Bu gün, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Bu gün, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Bu gün, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Bu gün, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə