Bəs hansısa həmyerlimiz nə vaxtsa “Qızıl top”u Azərbaycana gətirə biləcəkmi? Bunun üçün nə lazımdı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün Arif Əsədova müraciət edib:
“Bu suala cavab vermək bir qədər çətindi. Təbii, hamımız istəyərik ki, nə vaxtsa bizim futbolçular da “Qızıl top”a sahib olsunlar. Amma bunun üçün hələ gərək strukturumuzu, futbol fəlsəfəmizi, futbola yanaşmamızı düzəldək ki, futbolçularımız beynəlxalq standartlara uyğun olsunlar, çıxıb yaxşı klublarda oynasınlar. Hələ ki belə futbolçumuz yoxdu. “Qızıl top”a namizədlər top-klublardan seçilirlər. Gərək DÇ, AÇ və ya Çempionlar Liqasını qazansınlar. Ümid eləyək ki, nə vaxtsa bizim futbolçulara da qismət olar”.
İSRAYIL XEYRULLAYEV





