İmişli - Şamaxı 2:1 (1:0)
1. Yusif İmanov - 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
19. Azər Salahlı (k) - 6,0
77. Fərid Nəbiyev - 6,0
5. İdris İnqilablı - 6,0
55. Murad Ələkbərov - 5,0
(29. Edvin Banquera, 46) - 5,0
(8. Xuan Ernandes, 53) - 5,5
13. Rafael Vieqaş - 5,5
21. Ronaldo Rodriges - 5,0
9. Dioqo Almeyda - 6,5
(10. Dioqo Kardoso, 90+6) - qiymətsiz
23. Dioqo Rollo - 5,0
80. Deko - 5,5
(17. Seyxan Fərəcov, 66) - 5,5
Ehtiyat oyunçular
22. Sadiq Məmmədzadə
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Məşqçi: Ervins Perkons
Komandanın ən yaxşısı: Dioqo Almeyda
1. Rikardo Fernandes (k) - 5,5
80. Həbib İsmayılov - 5,0
(14. Uğur Cahangirov, 46) - 5,0
5. Emin Rüstəmov - 5,0
97. Oruc Məmmədov - 5,5
(10. Edqar Adilxanov, 59) - 4,5
25. Filipe Markes - 5,0
13. Rikardo Apolinario - 5,5
9. Tornike Axvlediani - 4,5
(19. Abdullahi Şuaybu, 46) - 6,0
11. Ayman Bouali - 5,5
(77. Okan Təhməzli, 88) - qiymətsiz
3. Jota - 5,0
4. Ruy Paşeko - 5,0
52. Abdul Raşid Mumini - 5,0
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
96. Nicat Qaragözlü
2. Fariz Xeyrullayev
7. Emil Süleymanov
88. Hacıəli Şirəliyev
66. Ceyhun Bağırzadə
8. Teşager Dequ
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Abdullahi Şuaybu
Qollar: D.Almeyda, 17 (1:0, İ.İnqilablı). A.Şuaybu, 64 (1:1, A.R.Mumini). S.Fərəcov, 90+1-p. (2:1).
Vərəqələr: A.Mumini, 27 (qeyri-idman hərəkəti). F.Markes, 29 (qeyri-idman hərəkəti). O.Məmmədov, 40 (qeyri-idman hərəkəti). F.Xeyrullayev, 89 (hakimin qərarına etiraz, meydandan kənarda) - sarı.
Hakimlər: RAUF CABBAROV, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmirəli (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
25 oktyabr. Yevlax. Şəhər stadionu. 200 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
İlk dəqiqələr nominal meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. 10-cu dəqiqədə Deko – Almeyda - Azər kombinasiyası zamanı sonuncunun akrobatik zərbəsini qolkiper iki cəhddə də olsa, qarşılaya bildi. Cəmi 3 dəqiqə sonra Fəridin zərbəsini Rikardo dəf etməyi bacardı. “İmişli” qol istəyinə 17-ci dəqiqədə çatdı. İdrisin uzun ötürməsindən sonra Dioqo tək toxunuşla topu Rikardonun başı üzərindən tora qovuşdurdu - 1:0.
Qonaqların ifasında ilk təhlükəli vəziyyətə matçın 19-cu dəqiqəsində şahidlik etdik. Boualinin ötürməsini qəbul edən Oruc cərimə meydançası daxilində çevrilərək zərbə endirsə də, top toru yandan silkələdi. 42-ci dəqiqədə Ruyun uzun ötürməsini qəbul edərək irəliləyən Bouali zərbə mövqeyinə çıxaraq qapını “nişan alsa” da, tir hesabın bərabərləşməsinə mane oldu. 44-cü dəqiqədə Dioqonun cərimə meydançasına doğru göndərdiyi topu Deko başla Fəridə çatdırdı. Nəbiyevin ötürməsini Azər bir toxunuşla qapıya yönəltsə də, Rikardo bu zərbənin qarşısını aldı. Nominal meydan sahibləri topun qapı xəttini keçdiyini iddia etsə də, VAR-dan gələn qərardan sonra baş hakim topun qapı xəttini keçmədiyini bildirdi. İlk hissənin son saniyələrində qonaqlar fərqlənməyə yaxın oldu. Tornikenin möhtəşəm ara ötürməsini qəbul edərək irəliləyən Bouali Yusiflə təkbətək qalsa da, qapıçı zərbənin qolla nəticələnməsinə mane ola bildi.
İkinci yarıda da ilk təhlükəli vəziyyəti “İmişli” yaratdı. Vieqaş -Deko - İdris kombinasiyası zamanı sonuncunun zərbəsini Fernandeş küncə çıxara bildi. 55-ci dəqiqədə İdrisin uzaqdan endirdiyi qüvvətli zərbəni Rikardo dəf etdi. Cəmi 3 dəqiqə sonra Şuaybu topu Muminiyə ötürərək dərhal qapı qarşısına doğru irəlilədi. O isə topu yenidən komanda yoldaşına göndərsə də, Şuaybunun başla endirdiyi zərbənin qolla nəticələnməsinə Yusif mane oldu. 64-cü dəqiqədə Apolinario – Mumini - Şuaybu kombinasiyasının ardından sonuncunun zərbəsi tora daxil oldu - 1:1.
Matçın 84-cü dəqiqəsində Xuanın, bir dəqiqə sonra Seyxanın zərbəsini Rikardo dəf etdi. 89-cu dəqiqədə Mumini Ernandesdən yayınsa da, topu bir qədər irəli atdığından rəqibin ayağına toxunaraq qaydanı pozdu. Baş hakim dərhal “nöqtə”ni göstərdi. Topun arxasına keçən Seyxan dəqiq zərbə ilə komandasını hesabda önə çıxardı. Bizə elə gəlir ki, penaltidən əvvəl VAR monitoruna baxmağa ehtiyac var idi.
ƏSƏD SEYİDOV
“İmişli” şübhəli penalti ilə qələbə qazandı - REPORTAJ
Ölkə futbolu / Reportaj





