1-ci liqada turnir cədvəlinə başçılıq edən “Gəncəbasar” 6 oyunda 17 qol vurub ki, bunların 12-si Dileyn Açiminin hesabındadı.
Mövsümün əvvəlində rəhbərlik və ad dəyişikliyinə gedən “Cəbrayıl”ın heyətindən bir neçə futbolçu “Gəncəbasar”ın uğurları üçün çalışır. Kamerunlu hücumçu isə bu mənada daha çox seçilir. Elitada mübarizə aparan “Kəpəz”in qış fasiləsində onu heyətinə qatmaq istəyi şübhə doğurmur. “Football-plus.az”ın əldə etdiyi məlumata görə, Gəncənin daha statuslu təmsilçisi “kiçik qardaş”ın Açimi üçün tələb edəcəyi istənilən məbləği ödəməyə hazırdı. Bəs “Gəncəbasar” bu haqda nə düşünür? Bu məsələ ilə bağlı klublar arasında danışıq olubmu?
“Gəncəbasar”ın mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq: “Gənc futbolçulardan formalaşan perspektivli “Gəncəbasar”ın çempionatın lideri olması və Açiminin də vurduğu qollarla bu uğura töhfə verməsi, təbii ki, digər klubların diqqətini çəkib. Normal haldı. Amma klubumuzun məqsədləri və planları var. Baş məşqçimizin də bu məsələyə öz baxışı mövcuddu. Ona görə hazırda heç bir futbolçunun transferi gündəmdə deyil”.
İSRAYIL XEYRULLAYEV
“Kəpəz” Açimi üçün cibinin ağzını açacaq! – “Gəncəbasar” verəcəkmi?
Ölkə futbolu / Manşet





