Sesar Aspilikuetanın aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun müdafiəçisi təxminən 8-12 həftə oynaya bilməyəcək. İspaniya mənbələrinin xəbərinə görə, ölkə kubokunun 1/8 finalında “Real”a qarşı matçda (4:2) zədələnən 34 yaşlı futbolçuda menisk problemi yaranıb. Aspilikueta matçın 106-cı dəqiqəsində meydana çıxsa da, zədə səbəbindən 116-cı dəqiqədə əvəzlənmişdi.
O, bu mövsüm bütün turnirlərdə 22 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.