Azı 4 həftə “istirahət edəcək”

5.11.2023 18:14 189
Dünya futbolu
Matteys de Liqt uzun müddət yaşıl meydana çıxa bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın müdafiəçisi Almaniya kubokunun “Saarbrükken” ilə oyununda (1:2) zədələnib. Niderlandlı futbolçu dizindən aldığı xəsarət səbəbdən təxminən 4-6 həftə oynaya bilməyəcək.

24 yaşlı futbolçu bu mövsüm Almaniya çempionatında keçirdiyi 7 oyunda 1 qol vurub.