Azı iki həftə oynaya bilməyəcək

22.10.2023 16:20 216
Dünya futbolu
Daniel Sebalyos zədələndiyi üçün bir müddət oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Real”ın baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O, 27 yaşlı yarımmüdafiəçinin İspaniya yığmasının heyətində sıradan çıxdığını deyib. Sebalyos artıq La Liqanın “Sevilya” ilə şənbə günü keçirilən matçını (1:1) buraxıb.

İspaniya mətbuatınn yaydığı məlumata görə isə, Daniel ən azı 2 həftə oynaya bilməyəcək. O, bu mövsüm İspaniya çempionatında yalnız 3 oyunda meydana çıxıb.