Serxi Robertonun səhhəti ilə bağlı məlumat yayılıb.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın futbolçusu zədə səbəbindən bir aydan çox yaşıl meydandan uzaq qalacaq. O, La Liqanın “Xetafe” ilə matçında (0:0) zədələnmişdi. 31 yaşlı müdafiəçi bud nahiyəsindən aldığı zədə səbəbindən təxminən 5 həftə meydana çıxa bilməyəcək.
Roberto La Liqada bu mövsüm 20 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.