Azı iki həftə oynaya bilməyəcək

10.11.2023 16:58 202
Dünya futbolu
“Bavariya”nın zədəli futbolçusu Camal Musialanın aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o,  Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Qalatasaray”a qarşı oyununda (2:1) diz əzələsindən zədə alıb. 20 yaşlı yarımmüdafiəçi təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Musiala bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.