Konfrans Liqasında ən yaxşı oyunçu seçildi

7.10.2023 22:37 215
Konfrans Liqası
Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, nominasiyanın qalibi Benyamin Nüqren olub.

“Norşellann”ın hücumçusu “Ludoqorets”lə oyunda komandasının 7:1 hesablı qələbəsində dubl etməklə rol oynayıb. O, həftənin ən yaxşı oyunçusu adına digər namizədləri – Tarik Tissudali (Gent), Vensan Abubakar (Beşiktaş) və Coşua Kinqi (Fənərbaxça) qabaqlayıb.