Avropa Liqasında hamını qabaqladı

7.10.2023 19:17 184
Avropa Liqası
Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Moymir Xitil olub.

“Slaviya”nın hücumçusu “Şerif”lə oyunda komandasının 6:0 hesablı qələbəsində dubl etməklə və 1 məhsuldar ötürmə verməklə rol oynayıb. O, həftənin ən yaxşı oyunçusu adına digər namizədləri – “Roma”nın hücumçusu Andre Belotti, “Atalanta”nın müdafiəçisi Matteo Rucceri və “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketanı qabaqlayıb.