Konfrans Liqasında ən yaxşı oyunçu seçildi

20.05.2023 20:54 258
Konfrans Liqası
Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Nikolas Qonsales olub. “Fiorentina”nın oyunçusu azarkeşlər arasında keçirilən sorğuda komanda yoldaşı Kristiano Biraqi, Deklan Rays (Vest Hem) və Ticani Reyndersi (Alkmaar) qabaqlayıb.

Xatırladaq ki, Nikolas “Bazel”ə qalib gəldikləri yarımfinalın cavab matçında (3:1) 2 qol vurub.